Ərim namaz qılmır, yenə də ona itaət etməliyəmmi?

    11.09.2020
Kimdən: 
İnayat
Sual: 
As salamu aleykum..Mən müsəlman qadinam,lakin yoldaşım namaz qılmayanlardandı...Mən neçə dəfə cəhd ettim boşanmaqa amma məni o boşamir....Mən yoldaşımdan icazə ilə çölə bayra çixmaliyammı??yəni yoldaşım namaz kilmayanlardandı..
Cavab: 
Və aleykum Salam. Qadının həyat yoldaşı namaz qılmasa belə dinimiz ona ərinə günah olmayan məsələlərdə itaət etməyi, onunla gözəl davranmağı, ərinin namusunu və malını qorumağı əmr etmişdir. Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah Qüdrətlidir, Müdrikdir". (əl-Bəqərə, 228).  
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Əgər Allahdan qeyrisinə səcdə etmək icazəli olsaydı, qadına ərinə səcdə etməsini əmr edərdim". (İbn Macəh, 2/1852). Həmçinin, qadının Cənnəti qazanması üçün şərtlərdən biri də ərinə itaət etməsidir. əl-Huseyn ibn Mihsandan rəvayət olunur ki, bir dəfə onun bibisi bir işlə əlaqədar Peyğəmbərin yanına gəldi. İşini həll etdikdən sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) ondan soruşdu: "Sən evlisənmi?" Qadın: "Bəli" - deyə cavab verdi. Peyğəmbər soruşdu: "Ona qarşı necə davranırsan?" Qadın dedi: "Bacardığım qədər qulluğunda dururam". Peyğəmbər dedi: "Bil ki, (haqqını ödədədiyin təqdirdə) o sənin ya Cənnətin, ya da (haqqını ödəməsən) Cəhənnəmindir". (İmam Əhməd, 19025).
Abdurrahmən ibn Auf (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini buyurmuşdur: "Bir qadın beş vaxt namazını qılar, namusunu qoruyar və ərinə itaət edərsə, istədiyi qapıdan cənnətə daxil olar". (İmam Əhməd, №: 1161, 1664; əl-Albani: "Səhih əl-Cami" əsəri, №: 660).
Başqa bir hədisdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qadın ərinə itaət etmədikcə imanın şirinliyini duymaz", başqa bir rəvayətdə belə deyilir: "Qadın ərinin haqqını ödəmədikcə Allahın haqqını ödəmiş sayılmaz". (Səhih ət-Tərğib, 1939).
Bununla yanaşı qadın gözəl şəkildə ərini haqqa dəvət etməli və ərinin hidayət olması üçün Allaha dualar etməlidir. Daha ətraflı:
Teqlər: 
Paylaş: