Abortdan sonra qüsl etmək lazımdırmı?

    31.08.2020
Sual: 
abortdan sonra nə qusulu verməlıyik?
Cavab: 

Salam aleykum. Əgər abort hamiləliyin 81 günündən sonra olubsa, bu zaman qan nifas qanı sayılır və bu nifas qanı qurtarana qədər namaz qılınmır. Nifas müddəti ən çox qırx gün olur. Nifasın müddəti bitdikdə isə nifas qüslu alınır. Lakin tez də qurtara bilər. Nifas qanı təmizləndikdən sonra qadın qüsl edib namazlara başlamalıdır. Əgər abort hamiləliyin 81 gündən az olan vaxtda olubsa, gələn qan nifas qanı sayılmır. Bu zaman qüsl almağa ehtiyac yoxdur və namazı da saxlamaq olmaz. Yalnız əgər abortdan sonra gələn qan heyz vaxtına düşərsə və heyz qanının əlamətləri olarsa, bu halda gələn qan heyz qanı sayılır. Həmçinin oxuyun:

Paylaş: