Xəstələnmək orucu pozurmu və digər suallar

    20.12.2020
Sual: 
1.Yoldaşım uzaq səfərdə olduqda,qadin cənabət quslu alandan sonra onunla lüt görüntülü danışanda qadin özünü rahatlaşdirmirsa quslu pozulurmu? 2.Oruclu olanda xəstələnsən orucun pozulurmu? 3.Əyər vaxtın yoxdursa tek sübh namazın qılmaq isteyirsen,yəni tək namazı qılmaq günahdir? 4.Vaxtiykən mən namaz qılırdim vaxtım olmadiqna görə qəzaya düşürdü gunah bildiyimə görə namazı diyandırdım indide başlamaq istəyirəm ama qorxuram vaxtim olmasa qəza qalar mənim namaz qılmamağım daha çox günahdl yoxsa onu qəza saxlamağım? 5.Namaz qıldıqda,quran oxuduqda obri otaqda nə danışılırsa eşidirəm heç cür fikrim tam orda olmur bu günahdı? Necə edə bilərəmki fikrimi tam toplayım. Öncədən təşşəkürlər.
Cavab: 
Salam aleykum.
1) Bu cavabları oxuyun:
İntim münasibət yoxdursa, özünü boşaltmaq günahdırmı?
2) 
Xəstələnmək dedikdə heyz olmağı nəzərdə tutursunuzsa, bu hal orucu batil edir və belə halda oruc tutmaq olmaz. Əgər adi fiziki xəstələnməyi nəzərdə tutursunuzsa, bu, orucu pozmur. Daha ətraflı:
Qadın heyz və nifas halında oruc tuta bilərmi?
3) 
Fərz namazlarını qılmaq müsəlmanlara gündə 5 vaxtda əmr olunub. Kim bunlardan birini qılıb digərlərini qılmazsa, qılmadıqlarına görə böyük qazanır. Uca Allah buyurur: "Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisa, 103). Həmçinin oxuyun:
Nafilə namazları qılmasam günah qazanırammı?
4) Namaz
qılmamaq və ya qılıb sonra dayandırmaq həlakedici günahlardandır. Allaha dua edin ki, sizin üçün bunu asanlaşdırsın. Daha ətraflı:
Namazı qəsdən qəza etməyin günahı
5) 
Namazda fikrin yayınması ümumən namazın savabını azaldır. Qurana qulaq asmaq gözəl əməl olsa da, namaz qılarkən Qurana qulaq asmaq olmaz, çünki fikir yalnız namazda olmalıdır. Uca Allah buyurur: "Həqiqətən, mö’minlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt’i olub (Ona) boyun əyərlər!" (əl-Mu'minun, 1-2). Daha ətraflı:
Teqlər: 
Paylaş: