Qadın heyz halında oruc tutmalıdırmı?

    07.07.2022
Kimdən: 
Simnarə
Sual: 
Salam aleykum.Biz hədislərə əsasən heyzli halda namaz qılmır,oruc tuturuq.Qurani Kərimdə elə ayə yoxdur əslində ki heyzli qadın oruc tutmasın,namaz qılması.Ancaq bir başqa hədisdə də heyz halında namaz qılır,oruc tutmuruq deyə Peyğəmbər s.a.s.qadınları naqis adlandırır.Bu hədislərdəki fikirlər bir birini inkar edir.Bu hədislərin səhih olmasına şübhə yaradır.Açıqlama verərdiniz xaiş edirəm.
Cavab: 
Aleykum salam. Hədislərə görə heyzli qadın namaz qılmadığı kimi, oruc da tutmamalıdır. Qurani Kərimdə heyzli qadının namaz qılmaması və oruc tutmaması barədə ayə olmasa da, Quran bizə Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) tabe olub, onun dediklərinə itaət etməyi buyurur. Uca Allah bu xüsusda buyurur: "Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi də sizə qadağan edirsə, ondan çəkinin.  Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Həşr, 7). Başqa bir ayədə buyurur: "Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir". (əl-Əhzab, 21). 
Bizə Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) heyizli qadının namaz qılması və ya oruc tutması barədə hədis gəlməmişdir. Əksinə heyzlə bağlı bütün hədislərdə heyzli qadına namaz qılmaq və oruc tutmaq qadağan olunub. Odur ki heyzli halda namaz qılan və ya oruc tutan qadın günah etmiş olur. Sizin sualda qeyd etdiyiniz hədidə də heyz olan qadının həm namazı, həm də orucu tərk etdiyi bildirilmişdir (Səhih əl-Buxari, 304; Səhih Muslim, 2/67). Həmçinin oxuyun:
Paylaş: