Çətin şərait səbəbindən namazı dayandırmaq olarmı?

    04.02.2021
Kimdən: 
Tunzale Abasova
Sual: 
Salam.Men evvel namaz qilirdim dayandrdirdim.aile quranda qilacaqdim .geldiyim yerde qoymadilar su isletme Oyun oynayirsiniz iw guc etmeyin derdinden yalanda namaz vaxt serf edesiniz.illerf acuq cekib dururam ailelei adam qusla filan il10 gund bir defe qusl ves..kecen gun esesib dedim ki.Allah yoxsur.16si idi.gece yuxuda gordum.Allah inanmay yigibl bir yere qeybden guclu isiq gesi bir el yunruq weklinde duz mneim gozume soxdular ve dedilet ki Allah var.korsan sen sonra ureyim qarnima isiqdan top weklind isiq daxil oldu.meni berk silkeledi .kisi sesi idi amma cox berk qulagim ciriaca1 derecde eli gozume soxub qisqird ki.Allah de.deyirdim.ve nese dia oxutdu o ses.birden hu isiq bogiland
Cavab: 
Və aleykum Salam. Namaz elə bir ibadətdir ki, bu ibadətin vacibliyi ağlı başında olan bir insanın üzərindən heç vaxt düşmür. Namaz qılmamaq və ya qılıb sonra tərk etmək həlakedici günahlardandır. Günah işlərdə isə başqalarına itaət etmək olmaz. Gizlində də olsa namaz qılmağa çalışın. Əgər gəlin getdiyiniz evdə su işlətmək problem yaradırsa, təyəmmüm edib qılın. Dinimiz çox asandır və asanlığı əmr edir. Əsas odur ki, siz Allaha ibadətə can atın, Uca Allah Özü sizə asanlaşdıracaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurur: "Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Məni yad etdikcə onunlayam. O, Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O, Məni camaatın yanın­da yad etsə, Mən onu onlardan daha xeyirli bir camaatın (mələklərin) yanında yad edərəm. O, Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O, Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxın­laşaram. O, Mənə doğru yeri­yərək gəlsə, Mən ona doğ­ru yüyürərək gələrəm". (Səhih əl-Buxari, 6856).
Əsəbiləşərək "Allah yoxdur" deyərək küfr etdiyinizə görə isə tövbə etməlisiniz. Bu cavabları oxuyun:
Paylaş: