Gələcəyi görmək mümkündürmü?

    04.02.2021
Sual: 
Geleceyi gormek mumkunmu? Gorubde bir sey yapamiyorsam neden goruyorum?! Ve acayip seyler goruyorum ve his ediyorum niye?
Cavab: 
Salam aleykum. Gələcəyi, yəni qeybi Uca Allahdan başqa heç kəs bilmir. Uca Allah bu xüsusda buyurur: "De: "Allahdan başqa göy­lərdə və yerdə olanların heç biri qey­bi bilməz. Onlar nə za­man diriləcəklərini belə bil­mir­lər". (ən-Nəml, 65). Həmçinin buyurur: "Qeybin açarları Onun ya­nında­dır, Onları yalnız O bilir. O, quruda və də­nizdə nə­lər ol­duğunu bilir. Onun xə­bəri ol­madan ye­rə düşən bir yarpaq be­lə yoxdur". (əl-Ənam, 59). Bununla belə Uca Allah möcüzə olaraq bəzi peyğəmbərlərə bəzi qeybi məsələləri bildirmişdir. Uca Allah buyurur: "O, qeybi biləndir və Öz qeybini heç kəsə açmaz, yalnız razı qaldığı elçidən baş­qa. Həqi­qətən, Allah onların önündə və arxasın­da gözət­çi­lər qoyur ki, hər kəs onların, Rəbbi­nin göndər­diklərini necə təbliğ et­di­yi­ni bilsin. Allah onların nə etdiklərini nəzarəti altında sax­layır və hər şeyi ayrı-ayrılıqda hesaba alır". (əl-Cinn, 26-28).
Sualda qeyd etdiyiniz hal isə şeytanın vəsvəsəsidir. Bu haldan Allaha sığının və şeytanı uzaqlaşdıran zikrləri deyin. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: