Nifas qüslü almadan namaza başlayanın namazları qəbul olunurmu?

    06.04.2021
Sual: 
Salam,texmini bir ildi namaz qiliram ve indi biliremki nifas qusulu almaliydim (namazlarim batil oldumu?) Namaza bawlayanda heyz ve cenabet qusulu almiwam Eger batil oldusa onda bir illik namazlarimi tezelemeliyem? Bir illik namazi nece etmeliyem?Her gece iywa namazinnan sonra 5 namaz qilim ardicil?Niyyetlerinde ne demeliyem? Onceden tewekkur
Cavab: 
Aleykum salam. Əgər namaza başladıqdan sonra doğuş keçirməmisinizsə, nifas qüslü almağa ehtiyac yoxdur. Nifas halı - doğuşdan sonra qadından gələn qandır. Nifas halı ən çox qırx gün çəkir və bu müddət ərzində qadın namaz qılmır, oruc tutmur. Bu halda qadına namaz qılmaq haramdır. Nifas qanı 40 gündən az da ola bilər. Nifas qanı dayandıqdan sonra qadın qüsl edib namazlarına başlayır. Bu qüslə nifas qüslü deyilir. Əgər siz namaza başladıqdan sonra doğuş keçirmisinizsə və hökmünü bilmədiyiniz üçün nifasdan sonra nifas qüsl etmədən namaz qılmısınızsa, buna görə sizə günah yazılmır və bu halda qılınan namazları yenidən qılmağa ehtiyac yoxdur, çünki dinimizdə bilmədən edilən günahlar bağışlanır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).
Həmçinin Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (Səhih əl-Buxari, 22). Həmçinin oxuyun:
Paylaş: