Yuxuda şəhvət hissi keçirən qadın qüsl almalıdırmı?

    04.02.2021
Sual: 
Salam,men bir sual vermek isdeyirem.Men yuxuda şehvet hiss edirem ve serait olmadığı ucun men qusul almadan,destemaz almadan subh namazımı qildim,indi men qusul alın tezden subh namazim qezasin qildim?
Cavab: 
Va aleykum Salam. Əgər yuxuda şəhvət hissi keçirdikdən sonra maye gələrsə, bu halda qüsl almaq vacibdir. Qüsl almağa şərait yoxdursa, təyəmmüm alıb namaz qılmaq lazımdır. Əgər sizdə belə bir hal yaranıbsa və siz nə qüsl, nə də təyəmmüm almadan namaz qılmısınızsa, həmin namazı yenidən qılmalısınız.
Əgər yuxuda şəhvət hissi keçirdikdən sonra heç bir axıntı olmamışsa, bu halda qüsl almağa ehtiyac yoxdur. Daha ətraflı:
Paylaş: