Oğurladığım pulu sahibinə qaytararkən pulu mənim oğurladığımı deməliyəmmi?

    07.04.2021
Kimdən: 
.
Sual: 
Uşaq vaxtı oğurluq etmisem sehvimi başa dusmusem tövbe etmisem . Başqa neyese ehtiyac var ? Kimden ve ne qeder pul olduğunu bilirem sadece gedib demeye utanıram . Heçne demesem olarmi?
Cavab: 
Salam aleykum. Əvvəla bildiririk ki, bu böyük günahdan tövbə etməklə çox düz iş tutmusunuz. Oğurluq etmək böyük günahlardan biridir və bu günahı işlətməklə digər insanların haqlarını tapdaladığınız üçün bu günahdan tövbə edərkən əlavə bir şərt olmalıdır ki, bu da haqqına girdiyiniz insanlardan oğurladığınız pulu onlara qaytarmaqdır. Burada şərt deyil ki, oğurladığınız pulları sahiblərinə açıq şəkildə qaytarasınız və onları siz oğurladığınızı onlara deyəsiniz. Əsas odur ki, bu oğurlanmış məbləğlər sahibinə çatsın. Bu pulları siz anonim şəkildə və ya kiminsə vasitəsilə qaytara bilərsiniz. Həmçinin oxuyun:
Paylaş: