Həddi-büluğa çatmış müsəlman uşaq yenidən iman gətirməlidirmi?

    19.06.2021
Kimdən: 
Talib
Sual: 
Esselamun Aleykum ve rahmatullahi ve barakatuhu. Heddi buluğa girende müselman uşaqlar iman getirmelidir? Çünki bir saytda yazibki heddi buluğa girib iman getirilmirse mürted olur.
Cavab: 

Va aleykumus-sələm və rahmətullahi və bərakətuhu. Həddi-büluğa çatmış müsəlman uşaq artıq iman gətirmiş sayılır və yenidən iman gətirməsinə ehtiyac yoxdur. Həddi-büluğa çatmış hər kəs artıq əməlləri etməyə mükəlləf sayılır. Yəni, şəriətin buyurduğu namaz qılmaq, Ramazanda oruc tutmaq, imkan daxilində həcc etmək kimi əmrlər artıq ona vacib olur. Əgər bu vacib buyurulan əmrləri səhlənkarlıqdan tərk etdərsə, buna görə ona günah yazılır, lakin mürtəd (dindən çıxmış) olmur. Həmçinin, dinin qadağan etdiyi əməlləri etdiyinə görə də ona günah yazılır. Həmçinin oxuyun:

Paylaş: