İt saxlanılan evə qonaq getmək və bu evdə namaz qılmaq olarmı?

    28.04.2022
Kimdən: 
Nəriman
Sual: 
Salam aleykum. Əger bizi qohumlarımız qonaq çağırıblarsa, amma evlərində it var, o eve getmek olar? Orda namaz qılmaq olar? İti başqa otağa salıblarsa, axı biz bilmirik biz namaz qılan yerdə və ya oturduğumuz yerdə o it olub ya olmayib, zəhmət olmasa bu barədə məlumat verərdiz.
Cavab: 

Va aleykum Salam. İt saxlanılan evə getmək qadağan olmasa da, müsəlman özünü itin ağız suyuna bulaşmaqdan qorumalıdır. Namaza gəlincə əgər namaz qıldığınız yerə itin nəcisi, sidiyi və ya ağız suyu dəyməyibsə, bu yerdə namaz qıla bilərsiniz. Hər bir halda yerə təmiz bir canamaz və ya palaz sərib qıla bilərsiniz. Həmçinin oxuyun:

Paylaş: