Hicabın üzərinə məsh çəkmək olarmı?

    05.07.2023
Sual: 
Salam1Harasa getdikde(gezmeye,hekim qebuluna,qonaq gedende)namazi qezaya saxlamaq olmaz?Belke hec cur sherait yoxdursa onda nece?2Qadin destemaz aldıqda saci yigili olduqda ve ya bash örtüsu olduqda onu acib bashina mesh çekmelidir?3Niqab taxdigimiz zaman onu istediyimiz vaxt acib istediymiz vaxt taxa bilerik meselen colde yemek yeyende acib sonra ortmek4Men yemeki qurtardiqdan sonra elhemdulillah deyirem sonra Allaha sukur edirem bunu derman icendede etmek olar?5Mezi sadece sehvet hissi ile bağlıdır yoxsa her vaxt gelende destemaz mutleqdir az gelse bele?qadinda ele dovr olur ki,mezi cox gelir her defe destemaz6ferz namazlarinin sunnetleri hamisi sessizdir?Butun nafile namazları sessizdir?
Cavab: 

Va aleykum Salam. 

1) Heç bir halda namazı qəzaya saxlamaq olmaz. Ətraflı oxuyun:

Şərait olmadığı üçün namaz qılmıram

İşdə şərait olmadığı üçün bəzi namazları qəza edərək evdə qılmaq olarmı? 


2) Əvvəla bunu qeyd edək ki, məsh başın üst qabaq hissəsinə çəkilir. Saç isə başın arxa hissəsində yığlır. Əgər qadının başı örtülüdürsə və hicabı açmaqda çətinlik varsa bu halda hicabın üzərinə məsh çəkmək olar və bunun üçün hicabı dəstəmazlı geyinmək şərt deyil. 


3) Qadına niqab geyinmək müstəhəbdir və qadın istədiyi vaxt onu aça bilər. Həmçinin oxuyun:


4) Bəli, dərman qəbul etdikdən sonra da Allaha həmd etmək lazımdır. Çünki bu dərmanı yetirən də Allahdır.

5) İstənilən halda məzi gəldikdən sonra məzi dəyən yeri yuyub dəstəmaz almaq lazımdır. İstər şəhvətlə gəlsin, istər şəhvətsiz. Ətraflı oxuyun:

6) Bu cavabları oxuyun: 
Teqlər: 
Paylaş: