Heyz müddətinin sonuncu günü gələn qəhvəyi ləkə heyzdən sayılırmı?

    12.08.2023
Kimdən: 
K
Sual: 
Salam Aleykum . Heyz müddetim 6 7 gün çekir . Bezen ele olur 6 ci gün olanda qan kesilir qüsl aliram . Amma bezen de 6 gün olsada bulaniq gelir arada gelir arada gelmir pambiq qoyub baxiram quru deyil qan lekesi olur. Bele olan halda ne etmeliyem emin deyilem bilmirem o vaxti ne edim vesvese gelir çox pis stress keçirdirem qorxuram düz etmesem namazlarim qezaya qalar . Emin deyilem tam qutarmağina. 2)Men gece namazi qiliram ele vaxt olur her gün dalbadal qildiğim bezen de gün aşiri niyyet edib bezen durada bilmirem geceler birde görürem ki sübh namazin vaxtinda dururam . Demek istedyim her gece mi qilinmalidir yoxsa nece ? bezen yorğun olub qila bilmirem
Cavab: 

Və aleykum Salam.

1) Heyzin bitməsinə tam əmin olmayınca və heyzdən təmizlənmənin əlamətini görməyincə namaza başlamayın. Heyzin sonunda gələn qəhvəyi bulanıq ləkə də heyzdən sayılır. Heyzdən təmizlənib qüsl etdikdən sonra gələn bulanığa isə fikir vermək lazım deyil. Heyzin bitməsinin əlamətləri var. Bu əlamətlər ya qanın tam dayanması və ya ağ axıntının gəlməsidir. Bu barədə ətraflı oxuyun:

Qadından gələn qəhvəyi ləkə orucu pozurmu?


2) Gecə namazı müstəhəb namazdır. Gecə namazını hər gecə qılmaq şərt deyil. Ətraflı oxuyun:

Paylaş: