İş yerində alt paltarına nəcasət dəyən şəxs təyəmmüm edib namaz qıla bilərmi?

    21.11.2024
Kimdən: 
İbrahim
Sual: 
Salam Aleykum,sualıma görə üzrlü sayın , mən 24 saatlıq iş rejimində növbə ilə çalışıram. Bəzən ayaqyolundan çıxanda alt paltarıma sidik dəyir və işdə də alt paltarını dəyişmək olmur. Belə olan halda mən namazlarımı necə qılmalıyam? Təyəmmüm edib qıla bilərəm ? Və iş zamanı ayaqqabını gec çıxardırıq və bəzən corabdan iy gəlir. Belə olan halda coraba məsh çəkə bilərəm ? Öncədən təşəkkürlər
Cavab: 

Və aleykum Salam. Namazın şərtlərindən biri də paltarın nəcasətdən təmiz olmasıdır. Odur ki namaz qılan insan bacardığı qədər paltarını nəcasətdən təmiz saxlamalıdır və ayaqyoluna gedərkən paltarını nəcasətdən qorumalıdır. Paltarına nəcasət dəydiyini yəqinliklə (şəkk olmadan) bilən şəxs isə həmin yeri su ilə yumalıdır və ya alt paltarını dəyişməlidir. Əgər su olmasa, bu zaman o, üzürlü sayılır və olduğu halda dəstəmaz alıb namazlarını qılmalıdır. Ətraflı oxuyun:

Dəstəmazdan sonra alt paltarına damcı düşərsə, onu dəyişmək lazımdırmı?

Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?

2) Çorabdan qoxu gəlməsi onun üzərinə məsh çəkməyə maneə deyil. Dəsətmaz alarkən onun üzərinə məsh çəkə bilərsiniz. Həmçinin oxuyun:

Corabın üzərinə məsh çəkmək olarmı?

Paylaş: