Məktəbdə Əsr və Məğrib namazlarını qıla bilməyən nə etməlidir?
Sual:
mən məktəbliyəm.İnşallah sabah namaza başlamamaq istəyirəm.amma məktəbə günorta getdiyim üçün ilkindi və şam namazını vaxtında qıla bilmirəm.bu iki namazı zöhr namazı ilə bnirlikdə qıla bilərəmmi?
Cavab:
Əssələmu aleykum. Əvvəla sizi namaza başlamaq münasibətilə təbrik edirik. Uca Allah sizi bu yolda sabitqədəm etsin!
Suala gəlincə, əgər günlərin qısalması səbəbilə İkindi (Əsr) namazını qıla bilmirsinizsə, Zöhr namazı ilə İkindi namazını evdə qılıb gedin. Əgər evə qayıtdıqda Şam (Məğrib) namazının vaxtı çıxmış olursa, Şam (Məğrib) namazını evə gəldikdən sonra İşa namazı ilə cəm edərək qılın. Çünki belə hallar zərurət sayılır və bu hallarda namazları birləşdirmək icazəlidir. Ətraflı oxuyun: