Uca Allahın yer üzündə olan hər insan üçün bir huri yaratması barədə hədis varmı?

    17.02.2025
Kimdən: 
Abdulla
Sual: 
Bax cənnətdə ki, huriləri müsəlmanları tanımadığalar halda necə sevəcək? Həmdə bir hədis də gəlib ki, hər bir insana bir huri təyin olnub. Bəs o, insan cəhənnəmə düşsə hurisi necə olacaq? Bundan əlavə Allah üçün daxili gözəllik önəmlidirsə cənnətlik insanları niyə gözəl biçimdə edəcək?
Cavab: 

Əssələmu aleykum. Uca Allah yaratdıqlarının istədiyinin qəlbində sevgi yaratmağa qadirdir. Sevgi hissini yaradan və onları insanların qəlbinə salan Uca Allahdır. Uca Allah Musaya (ona salam olsun) belə buyurur: "Göz­üm önündə boya-başa çatdı­rılasan deyə, Öz tərə­fim­dən sənə qar­şı məhəbbət oyatdım" (Taha, 39). Yəni düşmənimdə sənə qarşı məhəbbət oyatdım və elə etdim ki, səni sevsinlər. Bu ayə göstərir ki, Uca Allah hətta düşmənlər arasında sevgi yaratmağa qadirdir. Uca Allah huriləri yalnız Cənnət əhli üçün yaratmışdır, hər insan üçün bir huri yaradılması barədə hədis eşitməmişik. 

Elədir, Uca Allah insanın zahirinə deyil, qəlbinə baxır. Peyğəmbərimiz  buyurur: “Həqiqətən, Uca Allah sizin cisminizə və surətinizə baxmaz. O sizin qəlbinizə (barmaqları ilə sinəsinə işarə etdi) və əməllərinizə baxar” (Muslim, 2564). Cənnət əhlinin Cənnətə girmələrinin səbəbi də onların məhz qəlblərinin təmiz və pak olmasıdır. Uca Allah bu xüsusda buyurur: "O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda ver­ər. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən baş­qa!” Cənnət müttəqilərə ya­xın­laşdı­rı­lar" (əş-Şuəra, 88-90). Qəlbləri təmiz olduğu üçün Uca Allah onların zahiri görünüşlərini də gözəlləşdirəcək. Həmçinin oxuyun:

Paylaş: