Masturbasiya zamanı həzz verən, lakin az gələn maye "məni" hökmündədir?
Sual:
Salam.Masturbasiya etdikde hezz veren,amma tezyiqsiz gelen maye meni hökmündedir mi?
Cavab:
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, masturbasiya etmək haramdır. Bu barədə ətraflı oxuyun:
Masturbasiya etməyə icazə verilirmi?
Əgər ehtiras yaranırsa, lakin insan boşalmırsa, bu halda gələn az miqdarda su "məzi" sayılır və o, qüslu yox, yalnız dəstəmazı pozur. Bu maye murdar sayılır və Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) cinsiyyət orqanlarının bu mayedən yuyulub təmizlənməsini əmr etmişdir. Spermaya isə "məni" deyilir. Sperma qatı, çox miqdarda, sürətlə çıxan mayedir. Sperma çıxdıqdan sonra insan boşalır və ehtirası sona çatır. Ətraflı oxuyun: