Qadın ərinin izni olmadan sədəqə verə bilərmi?
Və aleykum Salam.
1) Qadın öz şəxsi malından ərinin icazəsi olmadan sədəqə verə bilər. Rəvayət edilir ki, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) həyat yoldaşı Meymunə bint əl-Haris (Allah ondan razı olsun) Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) izin almamış bir kəniz azad etdi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Meymunənin evində gecələyəcəyi gün onun yanına gəldikdə, o, Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Xəbərin var, ey Allahın Elçisi, mən öz kənizimi azad etmişəm?" Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdu: "Doğrudan belə etmisən?" O: "Bəli!"– dedi. Onda Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: “Hərgah sən onu öz dayılarına versəydin, sənin mükafatın daha böyük olardı” (əl-Buxari, 2592).
Əgər qadın ərinin malından sədəqə vermək istəyirsə, bu halda ərindən icazə almalıdır. Ərin izni olmadan qadın onun malından sədəqə verə bilməz. Əgər qadın yəqinliklə bilirsə ki, əri onun verdiyi sədəqəyə etiraz etməyəcək, ərinə demədən sədəqə verə bilər, lakin ərinə deməsi daha yaxşıdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Qadın (ailə üzvlərinə) ziyan vurmadan evində olan yeməkdən sədəqə versə, verdiyinin savabını qazanar; əri də qazandığının savabını alar; həmçinin xidmətçiyə də bir o qədər savab çatar; birinin savabı digərinin savabından heç bir şey azaltmaz". (əl-Buxari, 1425). Qadın özü evdən çıxa bilmirsə, sədəqəni kasıblara çatdırmaq üçün anasına verə bilər. Həmçinin oxuyun:
2) Quranı avazla düzgün şəkildə oxumaq üçün müəyyən vaxta ehtiyac var. Heç kim Quranı dərhal doğru şəkildə avazla oxumağı öyrənmir. Bunun üçün çalışmaq və səhvləri müəllimlə düzəltmək lazımdır. Heyz olan qadın ərəb dilində Quran surələri yazılan kitaba birbaşa toxunmamaq şərti ilə oxuya bilər. Yəni əlcək geyinərək və ya bir parça vasitəsilə Quran kitabını götürüb aça və oxuya bilər. Bu barədə ətraflı oxuyun: