Namaz əsnasında beynimə sanki namazı səhv qılıram kimi fikirlər gəlir, bundan necə xilas ola bilərəm?

    26.02.2025
Sual: 
Salam. Namaz qilarken sanki hansisasozu dememisem kimi hiss edirem. Yada ele gelirki sehv qiliram qebu deyi namazim bele dusuncelee geleri beynime. Namazi pozub yeniden qiliram bu hal defelerle bas verir ne edim ??
Cavab: 

Və aleykum Salam. Sualda qeyd etdiyiniz hallar şeytanın vəsvəsələridir. Belə vəsvəsələrə fikir verməyin və ibadətinizi davam edin. Şeytan namazda və digər ibadətlərdə bu cür vəsvəsələr verərək insanın fikrini Allaha ibadət etməkdən yayındırmaq və onu ümidsizliyə salmaq istəyir. Rəvayət olunur ki, bir dəfə Osman ibn Əbu əl-As (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) yanına gələrək belə dedi: "Ey Allahın Rəsulu! Şeytan qiraətimi və namazımı xuşu ilə oxuyub qılmağıma mane olaraq məni çaşdırdı və şəkkə saldı" . Peyğəmbər (sallallahu aleyhi və səlləm) isə ona belə cavab verdi: "O, Xinzəb adlı Şeytandır. Əgər onu hiss edərsənsə, "əuzu billəhi minəş-şeytanir-racim" (məlun şeytandan Allaha sığınıram) deyərək ondan Uca Allaha sığın və üç dəfə sol tərəfinə yüngülcə tüpür!" Səhabə deyir: "Belə etdim və Uca Allah da onu məndən uzaqlaşdırdı". (əl-Buxari, 3282; Muslim, 2610). Ətraflı oxuyun:

Namazda gələn şübhələrdən necə xilas olum?

Namazda fikrin qarışmaması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: