Va aleykum Salam va Rahmətullahi va Bərakətuhu.
1) Şeytanın buynuzu yoxdur. Hədislərdə "şeytanın buynuzu" deyildikdə onun başının iki tərəfi nəzərdə tutulur. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Günəşin qövsü (üfüqdə) göründüyü zaman o, (bir nizə hündürlüyünə) qalxanadək namazı təxirə salın və Günəşin qövsü batdığı zaman o, gözdən itənədək namazı təxirə salın. Çünki o (Günəş) şeytanın buynuzları arasında doğur” (əl-Buxari, 583). Bu qadağanın səbəbi budur ki, Günəş şeytanın iki buynuzu arasında – yəni başının iki tərəfində – doğur və batır. Çünki şeytan Günəşin qarşısında dikələrək durur ki, onun çıxışı başının iki tərəfi arasında olsun və ona səcdə edənlərin qibləsi halına gəlsin. Günəş batarkən də eyni hal baş verir. Buna görə də, həmin vaxtlarda namaz qılmaq qadağan olunmuşdur ki, Günəşə səcdə edənlərə bənzəməkdən çəkinilsin.
2) Namaz insanın imanına, mütiliyinə dəlalət edən bir ibadətdir. Uca Allah buyurur: "Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha müti olanlardan başqa hamıya ağır gəlir" (əl-Bəqərə, 45). Sualda qeyd etdiyiniz hal isə imanın zəifliyinə dəlalət edir. Həmçinin oxuyun:
3) Qocalıq Uca Allahın qoyduğu bir haldır. Bu halda insan bildiklərini unudur. Uca Allah bu xüsusda buyurur: "Sizi Allah yaratmışdır. Sonra O sizi öldürəcək. Sizdən bəziləri vaxtilə bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil çağına çatdırılacaq. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeyə qadirdir" (ən-Nəhl, 70). Uca Allah bu ayədə qulları üzərində mütləq hakim olduğunu, onları yoxdan var etdiyini, bundan sonra onları öldürəcəyini xəbər verir. Onlardan kimisinə uzun ömür verir ki, qocalığın ixtiyar yaşına, yəni xilqətcə ən zəif yaşına çatsın. Uca Allah başqa bir ayədə belə buyurur: “Sizi zəif bir şeydən yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir” (“ər-Rum”, 54). Əlidən (Allah ondan razı olsun) rəvayət edilir ki, o, ömrün ən rəzil vaxtının yetmiş beş yaş olduğunu bildirmişdir. (ət-Tabəri, 17/251, 21886). Məhz bu yaşda insan fiziki və zehni cəhətdən zəifləyir, onda yaddaş zəifliyi yaranır və bildiklərini unudur. Odur ki Uca Allah ayədə: “...vaxtilə bildiyi şeyləri unutsun...” – deyə buyurur. Yəni ixtiyar yaşına çatdığına görə əvvəl bildiklərini unudar. əl-Buxari (Allah ona rəhmət etsin) bu ayənin təfsirində belə demişdir: “Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dua edərdi: “Allahım! Xəsislikdən, tənbəllikdən, qocalıb əldən düşməkdən, ömrün ən rəzil vaxtına çatmaqdan, qəbir əzabından, Dəccalın fitnəsindən, həyatın və ölümün fitnəsindən Sənə sığınaram!” (Əu:zu bikə minəl-buxli vəl-kəsəli vəl-hərami və ərzəlil-umuri və əzə:bil-qabri və fitnətid-dəccə:li və fitnətil-məhyə vəl-məmə:ti!) (əl-Buxari, 4338, 4707; Muslim, 4879, 7051). Uca Allah unutdulan və səhvən edilən əməllərə görə insana günah yazmır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Macəh, 2043). Bu barədə ətraflı oxuyun:
4) Bu cavabı oxuyun:
5) Bu cavabı oxuyun: