Qəza namazı qılarkən azan deyilirmi?

    26.02.2025
Kimdən: 
Amil
Sual: 
Salam aleyküm.Bir sualım olacaq xaiş edirem cavablandirardiz sualım beledir qəza namazında iqameden evvel azan oxumaq olarmı?
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, üzürsüz səbəbdən namazları qəzaya saxlamaq böyük günahdır. Bu barədə ətraflı oxuyun:

Qəza namazı deyilən bir namaz varmı?

Hansı hallarda namazları qəzaya saxlamaq olar?


Bəli, qəza namazı qılarkən həm azan, həm də iqamə vermək icazəlidir. Rəvayət edilir ki, Əbu Qətadə (Allah ondan razı qalsın) demişdir: “Bir gecə biz Peyğəmbərlə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir­lik­də səfərdə olarkən bəzi adamlar dedilər: “Ey Allahın Elçisi, bizə dincimizi al­ma­ğa izn versəydin, (yaxşı olardı).” Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: “Qorxuram ki, na­maz vaxtı yatıb qalasınız.” Bilal: “Mən sizi oyadaram”– dedi. Beləliklə, hamı uza­nıb yatdı. Bilal kürəyini öz dəvəsinə söykədi (ki, yatmasın,) lakin onu da yu­xu apardı. Nəhayət, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Günəşin qövsü üfüqdə göründüyü vaxt oyan­dı və: “Ey Bilal, hanı verdiyin söz?”– deyə soruşdu. Bilal dedi: “Mən heç vaxt belə bərk yatmamışdım.” Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: “Allah istə­diyi vaxt ca­nı­­nızı alır və istədiyi vaxt da onu sizə qaytarır. Ey Bilal, qalx camaatı namaza ça­ğır”. Bundan sonra Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmaz aldı və günəş artıq üfüqdən qal­xıb parıldamağa başladıqdan sonra qalxıb namaz qıldı. (əl-Buxari, 595). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: