Boynunda iki qüsl olan şəxs qüsl edərkən hansına niyyət etməlidir?
Sual:
Salam, iftarı 5-10 dəq gec etmək günahdırmı? Yoxsa azan oxunan kimi iftar etmək lazımdır?
Niyyəti dil ilə demək günahdırmı? Məsələn oruç tuturam və ya qusl alıram kimi
Dil ilə demədikdə ürəyim rahat olmur,dil ilə dedikdə belə düz oldumu deyə şübhə Edib təkrar təkrar deyirəm
Qusl edən zaman bir insanın üzərində iki qusl vacibdirsə və o, xüsusi olaraq hansını etdiyini demədən sadəcə "qusl alıram" deyib niyyət edərsə, bu kifayətdir?
Ümumiyyətlə qusl alan zaman xüsusi olaraq hansını etdiyini demədən sadəcə "qusl alıram" demək kifayətdir? Tək qusl aldıqda belə
Cavab:
Və aleykum Salam.
1) İftarı azan oxunan kimi etmək lazımdır. İftarı gecikdirmək sünnəyə uyğun deyil. Ətraflı oxuyun:
2) Niyyəti dilə gətirmək doğru deyil. Ətraflı oxuyun:
3) Boynunda iki qüsl olan şəxs qüsl edərkən hər ikisini aradan qaldırmağı niyyət etməlidir. Ətraflı oxuyun:
4) Tək qüsl aldıqda sadəcə boynunda olan qüslü aradan qaldırmağı niyyət etmək kifayətdir.