Namazları son anda qılmaq haqqında nə düşünürsüz?
Sual:
Əssalamu Əleykum. Namazları son anda qılmaq haqqında nə düşünürsüz? Mən namazlarımda səhlənkaram və buna görə namazları həmişə son anlarda qılıram... bu alışqanlığımdan qurtulmaq istəyirəm mənə kömək edə bilərsiniz zəhmət olmasa?
Cavab:
Vəaleykum Salam. Namazları vaxtı-vaxtında qılmaq daha savabdr. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ən fəzilətli əməlin hansı olduğunu soruşan səhabəyə: "Vaxtında (və ya vaxtının başlanğıcında) qılınan namazdır" - deyə buyurmuşdur. (Səhih əl-Buxari "Namaz vaxtları", 162). Əksinə, bəzi namazları, xüsusilə, Əsr və İşa namazlarını zərurət olmadan son vaxtına gecikdirmək günahdır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Bu vaxtda qılınan namaz münafiqlərin namazıdır. Münafiq dayanıb Günəşi gözləyər. Günəş şeytanın iki buynuzu arasına girdiyi (batmağa başladığı) vaxt, tələsik Əsr namazını dörd rükət qılar və Allahı çox az zikr edər". (İmam Malik "Muvatta" əsəri). Həmçinin oxuyun: