Özünü müdafiə etmək üçün üzə vurulan idman növünü öyrənmək olarmı?
Sual:
Salamun Aleykum.
1.Bir şexsin özünü müdafie etmek üçün üze vurulan idman növü öyrenmesi olar?
2.Cahil uzaq qohum siqaret çekir amma dermanı sebeb ederek pul isteyir her defe.Vermek yaxşıdır yoxsa vermemek?
Cavab:
Və aleykum Salam.
1) Hər hansı idman növünü öyrənmək icazəlidir, lakin məşqlərdə və yarışlarda öyrənmək məqsədilə olsa belə üzə vurmaq düzgün deyil. Ətraflı oxuyun:
2) Əgər qeyd etdiyiniz insan bu pulu siqaret almağa xərcləyəcəksə, ona pul vermək olmaz. Yaxud pul verərkən ondan bu pula siqaret almayacağı barədə söz alın. Əgər əmin olsanız bu halda verə bilərsiniz. Həmçinin oxuyun: