Tövbə etdikdən sonra əvvəlki illərin orucların qəzasını tutmağa və namazların qəzasını qılmağa ehtiyac varmı?
Sual:
As-Salamu Aleykum. 1. Men Elhemdulillah 1 ildir ki oruc tuturam namaz qılıram. 21 yaşım var ancaq bundan önce tutmadigim oruclari ve qilmadigim namazlarin qezasini edirem. Namaza teze baslayanda sizin dediyiniz kimi tovbe namazi qilmisam ancaq bu oruc borclarini da silirmi? Namaz borclarini sildiyini yazmisdiniz ancaq men yene de narahatam bunun ucun onlari da qilmaga calisiram düz ediremmi? 2. Anamin evi var ancaq atam yoxdur. Bu zaman anama zekat dusurmu? Ve menim qizilim falan azdir men maaş alsam o puldan zekat vere bileremmi? O pulu yigsam bes nece? Hecc üçün İnşaAllah yigacagim puldan zekat vereceyemmi? Ya da özüme online özüm tikip sataraq sehife acsam buna zekat ucun qazanc heddi?
Cavab:
Və aleykum Salam.
1) Tövbə özündən əvvəlki günahları silir. Fərq etməz istər bu günah orucu tərk etmək olsun, istər namazı tərk etmək olsun. Odur ki, əvvəlki namazları qılmaq və tutulmayan orucları tutmaq doğru deyil. Ətraflı oxuyun:
2) İnsanın sahib olduğu evə (bahalı olsa belə) zəkat düşmür. Yığılan pulun (həcc üçün olsa belə) və qızılın zəkatına gəlincə, bu barədə bu linkdən ətraflı oxuyun:
Aylıq qazanc əgər xərclənirsə, ona zəkat düşmür. Əgər yığılarsa yuxarıdakı linkdə qeyd olunan şərtlərlə zəkat düşür.