Qız uşaqlarının Cənnətin ilk qapısı olması doğrudurmu?
Əssələmu aleykum. Qız uşaqlarına sahib olmağın və onlara yaxşılıq etməyin fəziləti barədə bir çox hədis rəvayət edilib. Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Bir qadın iki qızı ilə birlikdə yanıma gəlib (yeməyə bir şey) istədi. Məndə bircə dənə xurma var idi. Mən xurmanı ona verdim, o da onu iki yerə bölüb qızların hər birinə bir yarısını verdi, özü isə ondan yemədi. Qadın durub getdikdən sonra Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizim yanımıza daxil oldu. Mən (baş verənləri) ona xəbər verdikdə o buyurdu: “Kim qız uşaqları ilə sınağa çəkilsə (onların qayğısına qalsa və onlara gözəl tərbiyə versə), bu qızlar (onunla) Cəhənnəm odu arasında onu qoruyan bir sipər olar”. (əl-Buxari, 1418). Lakin Cənnətin ilk qapısı olması barədə bir hədis eşitməmişik. Həmçinin bu cavabları oxuyun:
Üç qızı olan Cənnətə girirmi və digər suallar
İlk uşağı qız olduqda qadının əri üçün bərəkətli olması barəsindəki hədis səhihdirmi?