Əri haram pul qazanan qadın namaz qıla bilərmi?
Və aleykum Salam. Sözsüz ki, sələmə pul vermək böyük günahdır. Lakin əgər ər bu haram işlə məşğul olursa, bunun qadına heç bir aidiyyatı yoxdur və qadının namaz qılmasına maneə deyil. Əksinə qadının namaz qılması və namazında dua edərək Uca Allahdan ərinin doğru yolu tutmasını, bu haram işdən əl çəkməsini istəməsi ola bilsin ərinin halal işlə məşğul olmasına səbəb olsun. Qəlblər Uca Allahın Əlindədir. Odur ki, ətrafdakıların sözünə fikir vermədən namaza başlayın. Heç kəs başqasının etdiyi günaha görə məsuliyyət daşımır. Uca Allah buyurur: "Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz". (əl-İsra, 15). Firon allahlıq iddiasında olduğu, haqsızlıqlar etdiyi halda, onun zövcəsi Asiyə mömin idi və Allaha ibadət edirdi. Uca Allah bu xüsusda buyurur: "Allah iman gətirənlərə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!”– demişdi" (ət-Təhrim, 11). Həmçinin oxuyun: