Hicabı ərimə görə bağlamışam deyə indi açmaq istəyirəm...
Sual:
Salam. 2 ildi hicab taxiram. Amma yoldasimin isteyi ile. Ozu dindar deyil yani dinle mesgul deyil amma men 12 yaşımdan namaz qalıram sadece hicaba gec girdim. Lakin bunu mecburi etdim. Indide sacim tokulur, sehhetim buna yol vermir. Hicabida isteyerek taxmamiwam deye icimde subheler var. Men hicabdan cixsam gunah qazanmis olaram? Bu duzgundur sizce?
Cavab:
Və aleykum Salam. İnsan hər bir ibadəti yalnız Allah üçün, Allahın rizasını qazanmaq üçün etməlidir. Lakin ola bilər ki, insan hər hansı bir əməli əvvəlcə başqasına görə etsin, lakin sonradan bunun səhv olduğunu dərk edib niyyətini dəyişsin. Odur ki niyyətinizi dəyişib hicabı Allah üçün bağlayın və bunun mükafatını Allahdan istəyin. Həmçinin oxuyun: