Kəbinin gecə və ya gündüz kəsilməsində fərq varmı?
Sual:
Salam. Kəbin hakkında soruşmaq istəyirdim. Kəbinin gündüz ve ya gece oxunmasında problem var? Gece oxunan kebin düzgündür?
Birde xanımdan mehri soruşulmayıbsa kəbini yenidən oxutmaq lazımdı yoxsa mehri təyin etmək bes eder?
Cavab:
Və aleykum Salam. Kəbini istənilən vaxt kəsmək olar. Fərq etməz istər gecə olsun, istər gündüz. Əsas olan kəbinin şərtləri yerinə yetirilmiş olsun. Mehir təyin etmək vacib olsa da kəbinin şərtlərindən deyil, odur ki mehir təyin edilmədən kəsilən kəbin səhihdir. Ətraflı oxuyun: