Toydan bir gun əvvəl qadın oz yaxınlarını çağırıb evde xına vura bilərmi?
Sual:
Salam Aleykum.1)Dövlət işində işləyirəm,novruz bayrami ve yeni ilde uşaqlar üçün hediye paketi verirlər sadəcə icindeki yemeli şeyləri götürsəm onlarida usaqlara versem buna görə gunah qazanirammi? 2)Evlenmek istəyirəm amma qarşımıza bezi əngəllər cixir, hansi dualari zikrleri ede bilerem evlenmek üçün 3)Toydan bir gun əvvəl qadin oz yaxinlarini çağırıb evde xina vura bilərmi? 4)Roman oxumaq olarmı məsələn dedektiv,içində qetl hadisəsi bas verən ve ya birinin heyat hekayesinden behs eden? 5)Men zikr edəndə nece defe etdiyimi unuduram saymaq üçün bunu vereqde qeyd ede biləremmi məsələn her zikre gore 1 isare yaza bilerem? Salam Aleykum. Allah sizdən razi olsun.
Cavab:
Və aleykum Salam.
1) Bu cavabı oxuyun:
Novruz münasibətilə bişirilən yeməkləri yemək olarmı?
2) Bu cavabı oxuyun:
3) Xınayaxdı Azərbaycan millətinin adət-ənənələrindən sayılır. Hansı adət-ənənə dinə zidd deyilsə, onu qeyd etmək olar. Həmçinin oxuyun:
4) Bəli, dedektiv roman və hekayələr oxumaq olar.
5) Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) zikr edərkən barmaqlarından istifadə etmişdir. Yaxşı olar ki barmaqlardan istifadə edib yadda saxlayasınız. Abdullah ibn Amr adlı bir səhabə (Allah onlardan razı olsun) demişdir: "Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zikr edərkən sağ əlini (sayaraq) bükdüyünü görmüşəm". (Əbu Dəvud, 1504). Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Ey qadınlar topluluğu! Barmaqlarınınzın (buğumları) ilə zikr edin. Həqiqətən, onlar danışdırılacaqlar və soruşulacaqlar". (ət-Tirmizi, 3486). Digər rəvayətdə isə belə deyilir: "Təkbir, Təqdis, Təsbih və Təhlil etdiyiniz zaman barmaqlarının (buğumları) ilə edin. Həqiqətən onlar (əzalar) danışdırılacaqlar və soruşulacaqlar". (Əbu Dəvud, 1501).