Nasibilər kimdirlər?

    10.09.2025
Kimdən: 
Məhəmmədəli Əliyev
Sual: 
Salam aleykum. Nasibi ne demekdir?
Cavab: 

Nasibilər Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfatından sonra İslamın ilk dövründə yaranan bir zəlalət firqəsidir. Nəsibilər — Əhli-beytə qarşı düşmənçilik edənlərdir. Onların nifrəti ən çox İmam Əliyə yönəlmişdir. Kimisi ona dil uzadaraq söyür, kimisi günahkar çıxarmağa çalışır, kimisi isə hətta onu küfrdə ittiham edirdi. Bu firqə dövrümüzdə artıq yoxdur. Əhli-beytə və ya ümumən səhabələrə qarşı düşmənçilik etmək İslamda böyük günahdır. Bu cür nifrət yalnız şəxslərə yönəlmir, əslində, bütöv dini hədəf alır. Çünki İslam bizə səhabələrin — həm Əhli-beytin, həm də digər səhabələrin — vasitəsilə gəlib çatmışdır. Onlara qarşı kin saxlamaq, əslində, dini inkar etməyə aparan təhlükəli bir addımdır. Həmçinin oxuyun:

Paylaş: