"Namazda əlləri bağlamaq kafirlərə bənzəmək sayılır" şübhəsinə cavab

    27.01.2026
Kimdən: 
İlkin
Sual: 
En Mohteber Ehli sunne Alimi olan ibn Abu Şeybe Musennef Kitabi Rical Elmi Ce Yed Yani Yaxsi sened Adlanan bir Senedle Peygember (s) dan Hedis Neqil Edir Ki Peygember (s) Bele Buyurdu San Ki Namazda Sag Ellerini Sol Ellerinin Uzerine Qoyan Yahudi Xaxamlarina Baxiram musennef 3958 cu hedis Peygember (s) bele Buyurdu Eyer kim Ki Bir Qovume Benzemeye Calisarsa oda Onlardandi sunen Ebu Davud libas 4/4031 sual barede fikriniz menbe sehihdi
Cavab: 

Əssələmu aleykum. Uca Allah müsəlmana kafirlərə bənzəməyi haram etmişdir. Peyğəmbər ﷺ bu məsələdə çox ciddi davranmış, hətta belə buyurmuşdur: "Kim bir qövmə bənzərsə, o da onlardandır" (Əbu Davud, 4031). Kafirlərə bənzəmənin haram olması isə yalnız onlara xas olan, müsəlmanların onlarla ortaq olmadığı xüsuslarda keçərlidir. Müsəlmanlarla kafirlər arasında ortaq olan bir əmələ gəlincə, belə bir əməli etmək qadağan edilmiş bənzəmə sayılmaz. Çünki bu əməl onlara xas deyil. Namazda sağ əlin sol əl üzərinə sinədə qoyulması əvvəlki peyğəmbərlərin və ümmətlərin əməlidir. Peyğəmbər ﷺ bu xüsusda belə buyurur: "Biz – peyğəmbərlərə – sahuru gecikdirmək (son dəqiqələrə qədər), iftarı tez açmaq (vaxtı girən kimi) və namazda sağ əlimizi sol əlimizin üzərinə qoymaq əmr olunmuşdur" (İbn Hibban, 1770).

Peyğəmbərin ﷺ namazda sağ əlini sol əlinin üzərinə sinəsində qoymasına aid kifayət qədər dəlil sübut var. Bu barədə ətraflı oxuyun:

Teqlər: 
Paylaş: