Sidiyə çıxdıqldan sonra gələn damcıların paltara keçməsinin qarşısını almaq üçün nə etmək olar?
Əssələmu aleykum. Əgər sidiyin damcı-damcı gəlməsi həqiqətən 20–30 dəqiqə davam edir və bu müddət ərzində tam kəsilmirsə, onda tələsməyin, axıntının dayanmasını gözləyin, sonra yuyunub dəstəmaz alaraq namazınızı qılın. Sidiyi çıxarmaq üçün kanalı sıxmaq, alt hissəni dəfələrlə basmaq və ya uzun müddət özünü yoxlamaq şəriətdə tələb olunmur. Təbii şəkildə sidik kəsildikdən sonra adi qaydada təmizlənin və əlavə araşdırmalara girməyin. Səfərdə və ya işdə olarkən sidikdən sonra kanalın çıxış hissəsinə salfet və ya tualet kağızı qoymaqla qalan damcıların paltara keçməsinin qarşısını almaq olar. Salfet nəcasəti özünə çəkərsə, onu çıxarıb atın və namazdan əvvəl nəcasətin bədənə və ya paltara keçmədiyinə əmin olun. Əgər nəcasət salfetdən kənara keçməyibsə, alt paltarınızı dəyişməyə ehtiyac yoxdur. Həmçinin oxuyun: