Valideynlər dalaşdıqda övladların onları sakitləşdirmək üçün müdaxilə etməsi düzgündürmü?

    04.08.2026
Kimdən: 
Sual: 
Salam. Bir ailədə ata və ana dava edirsə, ana da dilini saxlamırsa, cavab qaytarırsa, haqlı olsa belə, o mövzuda əslində kişi də ona söz deyib gücü çatmır və şiddət edirsə yəni hər ikisində də günah olur da. Mənə onda övladların bu məsələyə qarışması düzgündür? Yəni atasına qarışanda da vurma deməsi, qarşısını alması, ya da anasına səs eləmə, mama deməsi ondada dava daha böyüyür, yoxsa necə olmalıdır? Bir insan ölüm təfəkkürünü necə dadmalıdır, hiss eləməlidir hər gün?
Cavab: 

Və aleykum Salam. 

1) Əgər ata anaya zülm edir və onu vurmağa başlayırsa, övlad bacardığı qədər hikmət və sakitliklə bunun qarşısını almalıdır, lakin bunu valideynə qarşı kobudluq və ya hörmətsizlik etmədən etməlidir. Eyni zamanda, anasına da nəsihət edərək onu mübahisəni alovlandıracaq sözlərdən çəkindirməli, Allahın əmr etdiyi gözəl əxlaqı qorumağa çağırmalıdır. Övladın tərəf tutması, qışqırması və ya mübahisəyə qoşulması adətən vəziyyəti daha da gərginləşdirir. Ən doğru yol onları sakitləşdirməyə çalışmaq və imkan olduqda ailənin hörmət etdiyi ağıllı bir qohumu və ya etibarlı şəxsi vasitəçi etməkdir. Həmçinin oxuyun:


2) Ölümü təfəkkür etmək insanı ümidsizliyə salmaq üçün deyil, axirətə hazırlamaq üçündür. Müsəlman hər gün özünə xatırladır ki, bu dünya müvəqqətidir, ölüm qəfil gələ bilər və Allahın hüzuruna saleh əməllərlə çıxmaq lazımdır. Bu düşüncə onu günahlardan uzaqlaşdırmalı, tövbəyə, namaza, zikrə və yaxşı əməllərə daha çox sövq etməlidir. Ölümü düşünmək qorxu ilə yanaşı Allahın rəhmətinə ümid hissini də qorumalıdır; mömin ibadətini həm qorxu, həm də ümid arasında yerinə yetirər. Belə olduqda ölüm təfəkkürü insana kədər deyil, istiqamət, ciddiyyət və axirətə hazırlıq qazandırar. Həmçinin oxuyun:

Ölüm qorxusundan qurtulmaq üçün nə edim?

"Xəstə olarkən ölümü çox fikirləşmək günahdır?"

Teqlər: 
Paylaş: