Məğrib və İşanı qəza etdikdə əvvəl Məğribi, sonra İşanı qılmağım düzgündürmü?
Sual:
Salam, Mən işimlə əlaqədər Məğrib Namazı İşa Namazı qəza oldu mən birinci Məğribi qıldım qəza sora İşanı düzgün qılmışam bidə mən hər Cümə günləri gecə Namazı qılıram sora yatan vaxdı Qibləyə baxıb Salavat deyirem
Cavab:
Və aleykum Salam. Məğrib və İşa namazlarının vaxtı keçibsə, əvvəl Məğribi, sonra İşanı qılmağınız doğrudur, çünki qəza namazlarında ardıcıllığa riayət etmək vacibdir. Bu barədə ətraflı oxuyun:
Lakin bilmək lazımdır ki, namazı bilərəkdən vaxtından çıxarmaq olmaz. İş sizi məşğul etsə də, namazı vaxtında qılmaq üçün imkan daxilində tədbir görməlisiz. Cümə gecəsi gecə namazı qılmağın gözəl ibadətdir və yatmazdan əvvəl salavat gətirmək də icazəlidir və savablı zikrlərdəndir. Salavat gətirmək üçün mütləq qibləyə yönəlmək şərt deyil. Həmçinin oxuyun: