Fərz və sünnət namazları nədir və bu şiə namazlarına da aiddirmi?

    11.07.2014
Kimdən: 
gul
Sual: 
salam namazin sunneti ve ferzi nedir?birde bunlar sie namazinada aiddir?tesekkurler.
Cavab: 

Aleykum salam. Peyğəmbərimizin (salallahu aleyhi və səlləm) dövründə müxtəlif məzhəblər olmayıb ki, hər məzhəbin də ayrıca namazını öyrətsin. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Məni necə namaz qılan gördünüz, siz də elə qılın!" (Buxari).
Həmçinin oxuyun: Hansı məzhəb düzgündür?

Fərz namazları gündə 5 dəfə qılınan Sübh, Zöhr, Əsr, Məğrib və İşa namazlarıdır. Bu namazları qılmaq Uca Allahın bizə əmridir və bu əmrdən çıxmaq böyük günahdır. Sünnət namazlarını isə qılmamaq olar, amma qılmaq savabdır.
Daha ətraflı:
Namazın sünnətlərini qılmamaq olarmı? 
Fərz namazlarının sünnətləri neçə rükətdir?

 

Teqlər: 
Paylaş: