Allahın təkliyinə dair şübhələrim var, səhih dəlillər yaza bilərsinizmi?

    22.11.2014
Kimdən: 
Famil
Sual: 
Salam aleykum,mənim Allahın təkliyinə dair şübhələrim var,mənə bununla bağlı çoxlu,sağlam dəlillər deyə bilərsiz? əvvəlcədən təşəkkürlər!
Cavab: 

Aleykum salam. Bu cür şübhələr şeytandan gələn vəsvəsədir. Vəsvəsə ilə mübarizə aparmaq yox, fikir verməmək lazımdır. Vəsvəsənin gəlməməsi üçün elmi artırmaq lazımdır. İlk növbədə Qurani Kərimin mənaca tərcüməsinidaha sonra isə səhih hədisləri oxuyun. İbn Abbas (Allah onlardan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Ey Allahın elçisi, həqiqətən, qəlbimizdə elə bir şey hiss edirik ki, yanıb kül olmağımız onu danışmaqdan bizə daha xoşdur". O  (salləllahu aleyhi və səlləm) buyurdu: "Allahu Əkbər! Şeytanın işini vəsvəsəyə çevirən Allaha həmd olsun!" (İbn Hibban, 147). Həmçinin o (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, sizdən birinizə şeytan gəlib vəsvəsə edir: "Səni kim yaradıb?" O da: "Allah!" - deyir. (Sonra şeytan belə vəsvəsə edir): "Bəs Allahı kim yaradıb?" Sizdən biriniz bunu özündə hiss etdikdə: "Əməntu billəhi və rusulihi" - desin. Həqiqətən, belə demək, vəsvəsini ondan uzaqlaşdırar". Həmçinin bu zikrləri edin:
İmanda şəkkə düşənin duası
Şeytanı və onun vəsvəsələrini uzaqlaşdıran dua
Allaha şərik qoşmaqdan qorxanın edəcəyi dua

Paylaş: