Allah Quranı niyə insan vasitəsilə endirib və digər suallar

    05.01.2015
Kimdən: 
Famil
Sual: 
Salam aleykum,menim 1ci sualım odur ki,Allah quran kitabın niye melek,cin ve ya diger mexluqat vasitesile deyil,beşer övladı olan Hz.Mehemmed(s.a.s) vasitesile endirib?Bunun hikmeti nedir? 2ci sualım ise beledir ki meselen eger bir insan fikirleşir ki,gelecekde mömin ve ya kafir olacaq,yeni ki bir düşüncede Allah senin dostundu,birinde ise düşmenin,yeni demek istediyim zaman anlayışıdı.Bu misaldan görünür ki,Allah zaman anlayışının içine daxildir.Zamanla düşünür ki mömin de ola biler,kafir de.Axı Allah zaman anlayışına daxil ola bilmez?.Zamanı da Allah yaradıbdır axı?Nece zaman anlayışının içine daxil olur? Quranda da yazılır ki Allah pak ve münezzehdir. 3cü sualım ise budur ki,Eger hal-hazırda verdiyim 2ci sualda Allah zaman anlayışının içine eger daxildirse,onda bele çıxır ki,Allahın zamana ehtiyacı var?Yeni bele çıxır ki,zaman deyilen sistem dursa Allah da duracaq?(Allah bağışlasın)Yeqin ki suallarımı başa düşdünüz.Eslinde men namaz qılan adamam,amma bele dini-felsefi suallar meni maraqlandırır.Tez bir zamanda cavablandırsanız sevinerem...Evvelceden teşekkürler...
Cavab: 

Aleykum salam.

  1. Uca Allah hər bir şeyi hikmətlə etmiş, bu hikmətlərin bəzilərini bildirmiş, bəzilərini isə gizli saxlamışdır. Quranın insan vasitəsilə göndərilməsində bizə məlum olan hikmətlərə misal olaraq bunu demək olar: Uca Allah dini insanlara peyğəmbərlər vasitəsilə göndərmiş, peyğəmbərlər insanlara həm dini təbliğ etmiş, həm də onlara nümunə olmuşlar. Hamı görürdü ki, peyğəmbər də onlar kimi insandır, deməli, ona oxşamaq və onun etdiklərini etmək mümkündür. Uca Allah buyurur: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (əl Əhzab, 21) "De: "Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır" (əl-Kəhf, 110)
  2. Allah haqqında bu kimi fikirlərin arxasınca çox getməyin, bu şeytanın vəsvəsəsindən irəli gəlir. Vəsvəsənin ardınca getdikcə o daha da çoxalır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Uca Allah deyir ki, Adəm övladı zamanı söyməklə mənə əziyyət verir. Zamanı pisləyir, zaman isə Mənəm (yəni zamanı idarə edən). Bütün işlər Mənim Əlimdədir. Mən gecə və gündüzü biri-biri ilə əvəzləyirəm". (Buxari 6/40, Muslim 4/1762).  "Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir" (əl-Hədid, 1-6). Allah Rəsulu (sallallahu aleyhi və səlləm) həmçinin demişdir: “Heç bir şey yox ikən Allah var idi”. Digər bir rəvayətdə demişdir: “Ondan əvvəl heç bir şey yox idi”. (Buxari)

Həmçinin oxuyun: Allahın ad və sifətləri barədə etiqad

Paylaş: