Namaz qılmamaq üçün işi bəhanə gətirən insana necə məsləhət verim?

    04.02.2015
Kimdən: 
Elmar
Sual: 
salam aleykum.men bir nefere namaz qil deyirem.o deyirki men iwde oluram ele olurki iw ucun yola cixiram. qilsam qezalarim cox olacaq.men ona nece meslehet verim?tez cvb versez wad olardim
Cavab: 

Aleykum salam. Namaz qılmamaq böyük günahdır. Qiyamət günü ilk soruşulan əməl namaz olacaq və buna bənzər üzrlər qəbul olunmayacaq.
Daha ətraflı: Namaz qılmayan Cənnətə girə bilərmi?
Uca Allah buyurur: "Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə belələri əsl ziyana uğrayanlardır". (əl-Munəfiqun, 9).
"O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. Bu ona görədir ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyinə hesabsız ruzi verir". (ən-Nur, 37-38).

Göründüyü kimi iş heç kimi namazdan yayındırmamalıdır. Əgər həmin insan həqiqətən namaz qılmaq istəsə, Allah ona çıxış yolu göstərər. Uca Allah buyurur: "Allahdan qorxana, Allah çıxış yolu göstərər". (ət-Talaq, 2). İşlə bağlı yola çıxmağa gəldikdə isə, yaşadığı şəhərdən kənara çıxırsa, bu halda 4 rükətli namazlar 2 rükət qılınır, həmçinin birləşdirilir. Daha ətraflı: Səfər namazı necə qılınır?

Teqlər: 
Paylaş: