Bilmədən və ya bilərəkdən edilən günahlar bağışlanırmı?

    05.02.2015
Sual: 
Salam.Eger bir şexs bilmeden günah işleyibse veya bilerekden olubsa onun günahları bağışlanırmı?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü sizə günah var. Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).
Bilərəkdən günah etdikdə tövbə etmək lazımdır: "O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, - günahları Allahdan başqa kim bağışlaya bilər? - onlar bilə-bilə etdiklərinə görə israr etməzlər. Onların mükafatı, Rəbbindən bağışlanma və (ağacları) altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!" (Ali İmran, 135-136).
"Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi, Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə, (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil etsin...". (ət-Təhrim, 8). Həmçinin oxuyun:
Bilmədən səhv bir əməli etmək günahdırmı?
Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?
Tövbə etsəm, Allah bağışlayarmı?

Teqlər: 
Paylaş: