Elm öyrənmək üçün nədən başlamaq lazımdır?

    30.04.2015
Kimdən: 
Mən ALLAHIN quluyam
Sual: 
Əs Sələmu Aleykum Və Rəhmətullahi Və Bərəkatuhu Subh Namazin qəza edəndə diger Namazlar qebuldurmu? Birdəki Elm oyrenmek ucun neden baslamaliyam?
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.

  1. Xeyr, şəriətdə sübh namazını qəza edənin digər namazlarının qəbul olunmayacağı bildirilməyib. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim unutduğu və ya yatıb qaldığı üçün namazını keçirsə, yadına düşən kimi qılsın". (Muslim). Həmçinin oxuyun: Sübh namazına vaxtında durmaq üçün nə etmək lazımdır? 
  2. Elm öyrənməyə başlamaq üçün Qurani kərimi və onun təfsirini (ayələrin izahı) oxumaq, tövhidə (yalnız Allaha ibadət) aid kitablar oxumaq və dərslərə qulaq asmaq, səhih hədisləri və onların şərhini öyrənmək lazımdır. Həmçinin oxuyun:

Uluhiyyət və Rububiyyət nə deməkdir?
Allahın ad və sifətlərinə iman gətirməyin qaydaları
Şirk necə yaranmışdır?
Şirk nədir?

Teqlər: 
Paylaş: