Necə edim ki, cadugər mənim haqqımda məlumat ala bilməsin?

    09.08.2015
Sual: 
Salam. Keçmişdə olan hadisələr haqqında məlumat vermək, onun kim tərəfindən edildiyini bilmək üçün cadugərlərə müraciət olunur. Və bunlarında şeytanın vasitəsilə bildiklərini oxudum. Necə etmək olar ki, cadugər və onunla əməkdaşlıq edən şeytanlar həmin şəxs haqqında məlumat əldə edə bilməsin?
Cavab: 

Aleykum salam. Bəli, falçı və ya cadugərlər bu məlumatları şeytanlar vasitəsilə alırlar. Ona görə də ətrafınızdan şeytanları qovmalısınız. Bunun üçün isə çoxlu Quran oxumaq və evdə oxunuşuna qulaq asmaq, namaz, zikr, dua və s. ibadətləri artırmaq lazımdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Həqiqətən, şeytan əl-Bəqərə surəsi oxunan evdən qaçar". (Muslim). Daha ətraflı:
Cadudan necə qorunmaq olar
Sehr nədir?
Allahın kəlamı ilə müalicə

Teqlər: 
Paylaş: