Anamla barışmaq istəyirəm, lakin mənimlə yenidən pis davranacağından qorxuram...

    05.10.2015
Sual: 
Assələm aleyum.Mən neçə illərdi iskamdayam 2 ildi qapanmışam əvvəllər təzə təzə qapananda biraz rəngli örtük yubka kofta geyindim amma qışdan baş ayaq təsəttürə sunnəyə uyğun bir rəng sini yada qara geyinirəm.Mamam buna görə yola gedmir mənimlə.sehrlə xəstələndim və anam anlayış göstərmədi mənimlə dəli uada lazımsız biri kimi davrandı üstəlik yoldaşımada bu dəlidi başının çarəsinə bax bunnan sənə arvad olmaz.bunun qara geyinən bacıları bunu döndərib filən.Yoldaşımda Əlhamdulilləh islamdadı.Anama mən ailəmdən razıyam dedi.Qonşularının drdi qodusu Bizə vahabi deməyi onu bizim üsdümüzə daha düzgen desək mənim üstümə qaldırıb.Mənə sən müsəlman deyilsən dindən çıxmısan filan dedi.Xəstəliyimə anlayış göstərmədi.dözə bilmədim dediklərinə anama ged birdə bura gəlmə.sizi sildim dedim.hər bizə gələndə dalaşıb grdir.anlıyıram ana ata hakkı önəmlidi diqqət etməliyik.amma dözə bilmirəm.dəfələrlə dalaşıb məni ağladım pis hala salıb əsəbləşdirib yenə mən ayaqına grdmişəm gedməliyəm.Amma bizim evə gələn bacılara qarışması mənə cadunu oların elədiyini dedi.Allahdan qorx müsəlmanlara şər böhtan atma dedim.kimin etdiyini bilmirik bəkə elə sən eləmisən.gedib gəlir diyir cadu yoxdu cin filan yoxdu səndə kimə baxdırmısız.neçə dəfə demişəm ki mama baxdırmaq söhbət ağzına almaa biz baxdırmırıq haramdı olmaz.Allaha sığınmışıq.Allaha hamd olsun.dedim hər kim edib Allah hodayat versin canını sağ etsin nə diyək neyniyək.Qədər Allah.diyir niyə Qarğış yerinə yaxşı sözlər diyikrsən.Namazını qıl amma qara geymə bacılarınnan uzaq dur olar səni dəli ediblər deyir.iftira atır müsəlmanlara.Mən ona dediyim sözlərdən ALLAH ŞAHİDDİ PEŞMANAM GEDİB AYAQLARINA QAPANMAQ İSTİYİRƏM.AMMA O BU HALLARI YENƏ TƏKRARLIYACAQ.ONA GÖRƏDƏ GEDƏ BİLMİRƏM.ƏSƏB XƏSTƏSİYƏM HƏR DƏFƏ MƏNİ ƏSƏBLƏŞDİRİR DALAŞIR AĞZINA GƏLƏNİ DEYİR MƏNİDƏ PİS ELİYİR.SORA DÜŞÜRƏM HƏKİMLƏRƏ.ZÜLÜMÜMÜ YOLDAŞIM ÇƏKİR ƏLHAMDULİLLƏH.DƏVƏT ETDİM BAŞA SALDIM DUA ETDİM NAMAZA BAŞLADI BİR AY GAH QILDI GAH QILMADI TƏMƏLLİ ATDI NAMAZI.DİYİRMİŞ MƏN ŞİY YAM ŞİYA QILACAM QILASI OLSAM SUBHANALLAH MƏN NEYNİYİM MƏNƏ BİR YOL GÖSTƏRİN.ANA ARA HAKKINI DÜŞÜNMƏKDƏN ÇOX PİS OLURAM
Cavab: 

Aleykum salam. Allaha dua edirik ki, sizə səbr versin, dini yaşamağı, onun razılığını qazandıran əməllər etməyi sizin üçün asanlaşdırsın, sizi və ailənizi şeytanın fitnəsindən qorusun.

  1. Uca Allah bütün hallarda valideynlə pis davranmağı qadağan etmişdir: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!" (əl-İsra, 23). Sizin ananızla bu həddə gəlib çatmağınız, ona cavab qaytardığınız üçündür. Bundan sonra sizinlə pis danışsa da, qəzəblənməməyə çalışın və şeytandan Allaha sığının, çünki qəzəb şeytandandır. Allaha ananıza hidayət verməsi üçün çoxlu dua edin. Məryəm surəsində İbrahim peyğəmbərin atasının onunla pis danışmasına baxmayaraq ona "atacan" müraciət etməsi və gözəl danışmasını xatırlayın. Valideynin haqqı barədə çoxlu dərslərə qulaq asın ki, onunla pis danışmaqdan çəkinəsiniz. Onunla əxlaqla davranmanız, ananızı haqqa dəvət etməyin ən gözəl üsuludur.
  2. Qara rəngdə hicab geyinmək vacib deyil, ən azından ananızla görüşdüyünüz vaxtlarda diqqət cəlb etməyən digər rənglərdə geyinə bilərsiniz.
  3. Ananızın haqqı böyük olsa da, sizin ailə işlərinə qarışmağa ixtiyarı yoxdur, ona görə də, hirsli olmadığınız vaxtlarda ona gözəl şəkildə nəsihət edə bilirsinizsə, edin.
  4. Cadudan və şeytanın vəsvəsəsindən, həmçinin qəzəblənməkdən qorunmaq üçün hər gün evdə Quran səsləndirin, elminizi artırın, Allahı çox zikr edin.

Həmçinin oxuyun:
Valideynləri incitməyin günahı
"Qadın qara qarğaya bənzəməyincə, cənnətə daxil olmaz" sözünün mənası nədir?
Duların qəbul olması üçün nə etmək lazımdır?
İslama dəvət necə olmalıdır? 

Cadudan qorunmaq haqqında

Paylaş: