Cümə günü Kəhf surəsini tam oxuya bilməsək gələn Cümə ardını oxumaq olarmı?

    05.11.2015
Sual: 
Salam aleykum rehmetullahi ve berekatuhu.1 bu suallari cavablandiran elm telebelerinin adini bilmey olar ?2sud veren ana heyz omursa arada ondan 1 damci qan gelerse bu heyz sayilir ?qusul alinmalidi yoxsa desdemaz alib namaz qilmaq lazimdir.3eger kef suresini besinci gun tam oxuyub qurtarmaq olmasa gelen 5ci gun bunu arxasini oxumaq olar?4eger qadin muselman kisi cahildise aralarindaki munasibet zina sayilir?essalamun aleykum rehmetullahi ve berakatuhu
Cavab: 

Va aleykumus-Sələm va rahmətullahi va bərakətu. 

  1. Bu haqda yaxın vaxtlarda ətraflı məlumat veriləcək.
  2. Xeyr, qeyd etdiyiniz hal heyz sayılmır. Təmizlənib dəstəmaz almaq kifayətdir.
  3. Cümə günü "əl-Kəhf" surəsini və ya başqa uzun bir surəni tam oxuya bilməyən, sonrakı istənilən gündə, o cümlədən gələn Cümə günü davamını oxuya bilər, lakin, "əl-Kəhf" surəsini Cümə günü tam oxuya bilməyən və gələn Cümə tamamlayan hədisdə deyilən fəzilətə nail olmur. Çünki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim Cümə günü “əl-Kəhf” surəsini oxuyarsa, bu gələn Cümə­yədək onun üçün nur saçar” (Hakim, 3392).
  4. "Kişi cahildir" deyildikdə qəsd olunan şəhadət kəlməsini deyib, özünü müsəlman sayan, Allahı və Peyğəmbərini (Ona Allahın salavatı və salamı olsun) qəbul edən şəxsdirsə, bu insan müsəlmandır. Onunla olan münasibət zina sayılmır.
Paylaş: