Həşr surəsinin 22-24-cü ayələrini oxuyub bədənə məsh çəkəndə sehr batil olurmu?

    05.11.2015
Sual: 
Salam aleykum esitmisem hesr suresinin 22 24 cu ayesini oxuyub uzu ve bedene mesh cekende sehr batil olur bu duzdurmu allah razi olsun
Cavab: 

Va aleykumus-Sələm. Quran ümumilikdə bütün möminlər üçün şəfadır. Uca Allah buyurur: "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların və kafirlərin ancaq ziyanını artırar". (əl-İsra, 82).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hər gecə yatağına uzan­dıqda əllərini cütləşdirib onların içinə üfürər, sonra ora "əl-İxlas", "əl-Fələq" və "ən-Nas" surələrini oxuyar, daha sonra isə əllərini baş və üz nahiyəsindən başlayaraq, ba­car­dı­­ğı qə­dər bədəninin hər yerinə sürtərdi. Beləcə, o, bunu üç dəfə təkrar edərdi (Səhih əl-Bu­xari, 5017).
Ancaq sizin qeyd etdiyiniz ayələrin bu məqsədlə oxunması barədə Quran və Sünnədə məlumat verilməyib. Daha ətraflı:
Allahın kəlamı ilə müalicə 
Cadudan necə qorunmaq olar? 
Bəzi ruqyə ayələri

Teqlər: 
Paylaş: