Caduda istifadə olunmuş əşyaların tapılması vacibdirmi?

    12.01.2016
Sual: 
Cadunu batil etdikdən sonra cadu üçün istifadə olunmuş əşyaların nəsnələrin tapılmaması,tapılıb yox edilməməsi yenidən cadu yarada bilər insanda?
Cavab: 

Salam aleykum. Cadu olunmuş əşyaların tapılıb məhv edilməsi cadunun batil edilməsinin ən asan üsuldur. Bu əşya - köynək, parça, kağız, qıfıl və s. tapıldıqdan sonra Quran ayələri oxunmuş suya salınır. Sonra yanaraq məhv olması mümkün olan şeylər qurudulub yandırılır. Qıfıl, iynə və başqa dəmir əşyalar isə qırılıb məhv edilir. Sehrin təsirinə məruz qalmış əşya və paltarlar ruqyə olunmuş su ilə yuyulur. Cadu olunmuş əşyanın tapılması cadugar, ekstrasens və başqa bu kimi şəxslər tərəfindən edilməməlidir, bu əksinə, sehri daha da artıra bilər və günahdır. Həmin əşyanın tapılması üçün Allaha dua etmək və evdə bir müddət Quran səsləndirmək lazımdır. Cadu olunmuş əşya tapılmasa, həmin adama ruqyə etmək (Quranla müalicə) kifayət edir. Həmçinin, oxuyun:

Teqlər: 
Paylaş: