İş yoldaşım məni ələ salır, nə edim?

    19.04.2016
Sual: 
Salam aleykum. Mən dövlət işində işləyirəm.çalışıram ibadətlərumi vaxtlı vaxtında yerinə yetirim. İşdə cahil bir iş yoldaşım mənə ləqəb qoyub.İşid ləqəbi. Neçə dəfələrlə demişəm ki mənə elə demə. Deyir sənə ancaq bu ad yaraşır. çox əsəbləşirəm.başqalarının da yanında deyir. O birilər də gülür. Pis təsir edir mənə bu cahilıərin hərəkəti. Demişəm mənlə danışma. Yenə də danışır öz bildiyini eliyir. Bunlarla necə rəftar eləyim? Nə eləyim? Allah razı olsun sizdən.
Cavab: 
Və aleykum Salam. Bu barədə müdiriyyətə şikayət edə bilərsiniz ki, otağınızı dəyişdirsin. Lakin, bu məsələnin böyüməsinə səbəb olarsa, səbir edib Allaha dua edin ki, sizi belə insanlardan qorusun. Həmin insanı xəbərdar edin ki, Uca Allahın əmrlərinə istehza etmək insanı dindən çıxara bilər. Uca Allah buyurur: "Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyərlər: "Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!" De: "Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz...". (ət-Tövbə, 65-66). İstehza edən insan bunu bilməyərkdən etdiyinə görə kafir sayılmır. Lakin, bildikdən sonra bu əməli tərk etməlidir. Həmçinin, oxuyun:
Sıxıntı anında oxunan dua
Düşmən və ixtiyar sahibi ilə rastlaşarkən edilən dua
Hər hansı bir camaatdan qorxan kimsənin etdiyi dua
Teqlər: 
Paylaş: