Qüsl aldıqda adi çimmək kifayətdirmi?

    28.04.2016
Kimdən: 
Gulten--- Ayten
Sual: 
Salam menim suallarim var evvala deyim ki gonderdiyim suallarin bezilerini silmisiz lakin Buna baxmayaraq cox sag olun Allah razi olsun sualim budur1) Qusl aldiqda adi cimmek kifayetdirmi? 2)ola bilmeyeceyini bildiyimiz seyin yene de olmasini gozdemek ve dua etmek olar?bu halda getreklesermi ? 3)men eger rusamsa ve ya Rusiyada ve yaxud da basqa yerde qaliramsa ve oranin vetendasiyamsa namaz qila bileremmi? 4)namaz qilanlar azdi amma cox da yox. Onda dunyanin yarisindan coxu cehenneme dusecek 5) siz qadinsiz yoxsa kisi cunki bezi suallari yaza bilmirem utaniram 6)men sizin saytdan qeydiyyatdan kecmek isdiyirem coxlu sual gondermek isdiyirem Bunu nece edim
Cavab: 

Və aleykum Salam. 
1. Qüsl aldıqda qəlbinizdə niyyət olmalı və çimərkən ağız və burun yaxalanmalıdır. Daha ətraflı: Cənabət qüslu necə alınır?
2. Uca Allahın əvvəlcədən təqdir etdiyi şeylərin əksinə dua etmək olmaz. Məsələn, Qiyamətin olmaması üçün dua etmək və ya Muhamməddən (salləllahu aleyhi və səlləm) sonra yeni peyğəmbərin gəlməsi üçün dua etmək. Amma gündəlik həyatınızdakı şeylər üçün dua etmək olar, çünki Uca Allah hər şeyə qadirdir.
3. Namaz qılmaq irqindən və milliyyətindən asılı olmayaraq bütün insanların İslama daxil olandan sonra edəcəyi vacib əməldir.
4. Bu cavabı oxuyun: Cahillik üzrlüdürmü?
5. Sual-cavab anonim olduğu üçün suallarınızı göndərə bilərsiniz.
6. Hal-hazırda yalnız 3 sual göndərməyə icazə verilir. Göndərdiyiniz suallar cavablandırıldıqdan sonra yenidən suallar göndərə bilərsiniz. Gələcəkdə Allahın izni ilə qeydiyyatdan keçərək daha çox sual göndərmək imkanının yaradılmasını planlaşdırırıq.

Paylaş: