Övladım olmur deyə səbr edə bilmirəm, nə edim?

    06.05.2016
Sual: 
Salam Aleykum.men namaz qılırdım amma düzgün yox gah qıldım gah yox.indi tamam qılmıram.2ilə yaxındı ailə qurmuşam övladım olmur.Allaha üsyan eliyirem.herden esebleşirem deyirem cehenneme hec olan günü olmasın.amma sonra peşman oluram.Məscidə tək gedib Allaha yalvrib bagişlanmaq dilemek istiyirem.çünki yalnız məsciddə tam səmimi və çox rahat oluram.Mənə məsləhət verin.Mən nə edim?uçurumdayam.sebrim hec qalmiyib.yoldaşımda mene uşaq olmamaga gore pis sözlər deyir,təhqir eliyir dözəmmirəm.axı ciddi problem deyil.yeni uşaq olmaması üçün.
Cavab: 
Və aleykum Salam. Yoldaşınızı başa salmağa çalışın ki, övlad Allahın verdiyi paydır, onu istədiyinə verir, istədiyinə vermir. İstədiyinə də övlad verməyi gecikdirir. Səbr edin və Allahdan ümidinizi üzməyin. Allaha çoxlu dua edin. Həmçinin, oxuyun:
Övlad duası olurmu?
Namazı tərk etmişdim, yenidən başlasam, Allah bağışlayarmı?
Dualarım qəbul olmur, nə edim?
Paylaş: