Tövbə etsəm, Allah məni bağışlayarmı?
Uca Allah tövbə edən qullarını sevir. O buyurur: "Şübhəsiz ki, Allah tövbə edənləri də, təmizlənənləri də sevir". (əl-Bəqərə, 222).
Uca Allah insanları tövbə etməyə çağırır və tövbələri qəbul edəcəyini vəd edir. Hud peyğəmbər öz qövmünə belə demişdir: "Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin". (Hud, 52).